Kənd təsərrüfatı və kənd yerlərində gender aspektlərinin qiymətləndirilməsi - Milli Gender Profili

Azərbaycan Respublikası üçün Ölkə üzrə Gender Qiymətləndirilməsi (ÖGQ) hesabatı FAO-nun və ölkənin gender perspektivini öz fəaliyyətlərinə daxil etməklə gender bərabərliyini təşviq etmək üzrə öhdəliklərinin bir hissəsi kimi hazırlanmışdır. ÖGQ hesabatında əsas diqqət gender, kənd təsərrüfatı və kənd yerlərinin inkişafının ortaq nöqtələrinə yönəldilmişdir. Qiymətləndirməyə, gender rolları və qadınlarla kişilər arasında məhsuldar resurslara, məlumat və informasiyaya çıxışla bağlı fərqlər nəzərə alınmaqla, kənd təsərrüfatının yaxşılaşdırılması və genderə həssas yanaşma əsasında kənd icmalarının inkişafına dair tövsiyələr daxildir. Ölkə üzrə Gender Qiymətləndirilməsinin işlənib hazırlanması və yekunlaşdırılması prosesinə nəzarət FAO-nun Azərbaycan Respublikasındakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisi tərəfindən FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı (FATP) vasitəsilə maliyyələşdirilən və 2020-ci ildə start verilmiş Azərbaycanda “Qadınların iqtisadi güclərinin artırılması yolu ilə ərzaq təhlükəsizliyi və kənd yerlərində yaşayış imkanlarının yaxşılaşdırılması” layihəsi çərçivəsində yerinə yetirilmişdir.

Saved in:
Bibliographic Details
Main Author: FAO
Format: Book (series) biblioteca
Language:Azerbaijani
Published: FAO ; 2022
Online Access:https://openknowledge.fao.org/handle/20.500.14283/CC2041AZ
http://www.fao.org/3/cc2041az/cc2041az.pdf
Tags: Add Tag
No Tags, Be the first to tag this record!