Qlobal Əhəmiyyətli Aqrar İrs Sistemləri Nədir?

Layihə Qlobal Əhəmiyyətli Kənd Təsərrüfatı İrsi Sistemləri (GİAHS) vasitəsilə yerli ərzaq irsini təşviq edəcək inklüziv aqro-ərzaq sistemlərini dəstəkləməklə, Azərbaycanın şimal-qərb regionunda yerləşən kənd yerlərində həyat səviyyəsinin yaxşılaşdırılmasına, həmçinin, ayrı-ayrı ərzaq məhsulları üçün inklüziv və səmərəli dəyər zəncirlərinin inkişaf etdirilməsinə öz töhfəsini verəcəkdir. Eyni zamanda, Layihə, kiçik kənd fermerləri üçün bölgədə (həm dövlət, həm özəl) əlçatan və münasib icma əsaslı konsultasiya və məlumat xidmətlərini təşviq edəcəkdir. Əsas üstünlük kənd təsərrüfatı ərzaq irsinə, yerli brendlərə, keyfiyyət nişanlarına və biomüxtəliflik resursları ətrafında bazar təşəbbüslərinin inkişaf etdirilməsinə verilir. Əsas diqqət milli mətbəx kampaniyalarına, qadınların və kənd yerlərində yaşayan gənclərin yerli kənd təsərrüfatı və ərzaq sistemlərinə cəlb olunması yolunda ehtiyaclarının qarşılanmasına yönəldilib. Layihə yerli istehsal təsərrüfatlarının unikal xüsusiyyətlərinə və kənd turizmi imkanları üçün cəlbediciliyə əsaslanaraq seçilmiş pilot regionlarda yerli kənd təsərrüfatı və ərzaq istehsalçılarına məqsədyönlü dəstək göstərəcəkdir. Bu, gələcəkdə inklüziv və səmərəli dəyər zəncirinin yaradılması üçün biznes mühitini gücləndirəcək və kənd təsərrüfatı irsi sistemlərinin əhəmiyyətinin milli səviyyədə tanınmasını yüksəldəcəkdir.

Saved in:
Bibliographic Details
Main Author: FAO
Format: Brochure, flyer, fact-sheet biblioteca
Language:Azerbaijani
Published: FAO ; 2021
Online Access:https://openknowledge.fao.org/handle/20.500.14283/CB4500AZ
http://www.fao.org/3/cb4500az/cb4500az.pdf
Tags: Add Tag
No Tags, Be the first to tag this record!